"Qəbələ" qanalı legioneri ilə iki illik yeni müqavilə bağladı

"Qəbələ" qanalı legioneri ilə iki illik yeni müqavilə bağladı

"Qəbələ" legioneri Prins Ovusu ilə bağlı qərar qəbul edib.

Klubdan "Mediasport"a verilən məlumata görə, qanalı ilə müqavilənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.

20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Afrikalı ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.