"Vest Bromviç"in eks futbolçusu: "Qarabağ"ın şansları bərabərdir"

 "Vest Bromviç"in eks futbolçusu: "Qarabağ"ın şansları bərabərdir"

“Qarabağ”ın Avropada etdikləri tarixi uğurdur".

"Mediasport" xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri deyib.

2008-2009-cu illərdə Ağdam klubunun formasını geyinmiş Şimali Makedoniya millisi və İngiltərənin “Vest Bromviç” komandasının eks futbolçusu fikirlərini bölüşüb.

O, Avropanın aparıcı klublarına qarşı oynamaq və bu matçlarda layiqli oyun nümayiş etdirməyin böyük nailiyyət olduğunu qeyd edib.

Şakiri Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandası ilə görüşlərdə şansların bərabər olduğunu bildirib:

“Liverpul”a 0:6 hesablı məğlubiyyəti geridə qoyub “Nyukasl”la oyuna hazırlaşmaq lazımdır. Düşünürəm ki, bu qarşılaşma “Qarabağ”ın indiyədək keçirdiyi oyunlar arasında ən çətinlərindən biri olacaq”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. “Qarabağ” “Nyukasl”la ilk görüşü Bakıda keçirəcək.

Artim Şakiri 2003-2005-ci illərdə “Vest Bromviç”in şərəfini qoruyub.