Azərbaycan klubu Çempionlar Liqasında qrupun biraddımlığında
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün CEV Çempionlar Liqasının 1/8 final mərhələsində cavab oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Lyüblyanada Sloveniyanın "ACH Volley" klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, ötən həftə Bakıda baş tutan ilk dueldə rəqib qələbə qazanıb (3:1).
Komandamız qalib gəlsə, növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün qızıl set oynanılacaq.
Raundu keçən kollektiv mübarizəni CEV Çempionlar Liqasının qrup mərhələsinə, uduzan tərəf isə CEV Kubokunda davam etdirəcək.

