Tehran Məmmədov tarixə düşdü
Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov Qətərin paytaxtı Dohada təşkil olunan tələbələr arasında dünya çempionatında böyük uğur əldə edib.
"Mediasport" xəbər verir ki, atletimiz 65 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Təmsilçimiz birdənqaldırma hərəkətində 130 kq nəticə ilə gümüş medala sahib çıxıb. Təkanlaqaldırma yarışında isə 159 kq ağırlığın öhdəsindən gəlməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İki hərəkətin cəmində toplam 289 kq nəticə göstərən Tehran Məmmədov dünya çempionatu adına yiyələnib.
O, tələbələrin dünya çempionatında qızıl medal qazanan ilk Azərbaycan atleti olub.

