VİDEO: Respublika stadionundakı atəşfəşanlığın səbəbi məlum oldu
"Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda maraqlı hadisə diqqət çəkib.
"Mediasport"un arenada olan əməkdaşı xəbər verir ki, axşam saatlarında mərkəzi qurğunun əsas meydançasında atəşfəşanlıq olub.
Təqvimdə heç bir matç olmadığını nəzərə alsaq, tədbirin hansı səbəbdən keçirildiyi maraq doğurub.
Öyrənə bildik ki, Gənclər və İdman Nazirliyinin balansında olan stadionda Ağdam klubunun azarkeş dəstələrinin üzvlərinin iştirakı ilə çəkilişlər aparıldığı üçün bəzi kadrlar lentə alınırmış.
Məlumata görə, "atlılar"ın yeni klipi hazırlanır.
