Rafael Fiziyev Qarabağda!

Tanınmış UFC döyüşçüsü Rafael Fiziyev Qarabağa səfər edib.
"Mediasport" xəbər verir ki, azərbaycanlı idmançı bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Fiziyev Şuşada “Cıdır düzü”, “Yuxarı Gövhər ağa” məscidi və digər tarixi yerlərdə olub.
Qeyd edək ki, məşhur döyüşçü ötən ay Bakıda ilk dəfə keçirilmiş "UFC Fight Night" turnirində iştirak edərək qələbə qazanıb.