“Neftçi”nin məşqçisinin ata mülkü gecə ilə söküldü - VİDEO

“Neftçi”nin məşqçisinin ata mülkü gecə ilə söküldü - VİDEO

“Neftçi”nin U-16 komandasının köməkçi məşqçisi Elnur İmanquliyev xoşagəlməz hadisə ilə üzləşib.

"Mediasport" xəbər verir ki, mütəxəssisin Bakının Nərimanov rayonunda yerləşən ata mülkü tikinti şirkəti tərəfindən qanunsuz sökülüb.

Bu barədə İTV-yə danışan məşqçi müvafiq dövlət qurumlarından kömək istəyib.

Qeyd edək ki, B kateqoriyalı 43 yaşlı İmanquliyev futbolçu karyerası ərzində “Bakılı”, “Neftçi”, “Turan” (Tovuz), MOİK, “Gənclərbirliyi” (Sumqayıt), “Karvan” (Yevlax), “Rəvan”, “Sumqayıt” klublarında, eləcə də U-21 milli komandamızda çıxış edib.

2012-ci ildə futbolçu karyerasını başa vuraraq məşqçiliyə başlayıb. “Qala” (2012-2013), “Rəvan” U-17 və U-19 (2013-2016), AZAL U-12 (2016-2017), “Rəvan-2” (2017-2018), “Zirə” U-19 (2018), “Qəbələ” U-10, U-12 (2018-2020), “Neftçi” U-15 (2020), “Qarabağ” U-13 (2021-2022) komandalarında baş məşqçi, “Qaradağ Lökbatan” (2020-2021) klubunda köməkçi məşqçi vəzifələrində çalışıb.