Azərbaycan badmintonçuları Avropa çempionatında yarışacaq
Azərbaycan badmintonçuları İspaniyanın Uelva şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, ölkəmiz qitə birinciliyində iki idmançı ilə təmsil olunacaq.
Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo, qadınların şəxsi yarışında isə Keişa Fatimə Zəhra mübarizə aparacaq.
Avropa çempionatı aprelin 6-12 aparel aralığında baş tutacaq.
