Xorvatiya millisinin sabiq üzvü "Araz-Naxçıvan"a keçdi - RƏSMİ

Xorvatiya millisinin sabiq üzvü "Araz-Naxçıvan"a keçdi -  RƏSMİ

“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi ilə anlaşıb.

"Mediasport" xəbər verir ki, 27 yaşlı Luka Dumançiç yeni mövsümdə Premyer liqa təmsilçisinin formasını geyinəcək.

Onunla anlaşma 1 illikdir.

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabia”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreşiç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalgiris” klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib.

O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.