Pley-offun bütün iştirakçıları müəyyənləşdi - Millətlər Liqası

Pley-offun bütün iştirakçıları müəyyənləşdi - Millətlər Liqası

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, bununla pley-offun bütün iştirakçıları müəyyənləşib.

Turnirin qalibi uğrunda İspaniya, Fransa, Almaniya, Belçika, Niderland, İngiltərə, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaqlar.

1/4 final mərhələsinin oyunları mart ayında keçiriləcək.

Cütlüklər noyabrın 20-də baş tutacaq püşkatma mərasimində məlum olacaq.

İyunda keçiriləcək "Dördlər finalı" yarımfinal, üçüncü yer uğrunda görüş və final qarşılaşmasından ibarət olacaq.