"Kəpəz" "Sumqayıt"ı aşağı göndərdi, "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi

"Kəpəz" "Sumqayıt"ı aşağı göndərdi, "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü tura bu gün yekun vurulub.

"Mediasport" xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

"Sumqayıt" Tovuz şəhər stadionunda meydana çıxıb və "Kəpəz"ə uduzaraq turnir cədvəlində mövqeyini gəncəlilərə təhvil verib.

Çempionluğu vaxtından əvvəl təmin edən "Qarabağ" isə "Azərsun Arena"da bu mövsüm son ev matçında "Araz-Naxçıvan"la qarşılaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Şamaxı"nı (3:1), "Zirə" "Səbail"i (1:0) və "Neftçi" "Turan Tovuz"u (2:1) məğlub edib.


Azərbaycan Premyer Liqası. 34-cü tur


“Kəpəz” - “Sumqayıt” 1:0

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Vüsal Əliyev

Tovuz şəhər stadionu. Saat 18:00


“Qarabağ” - “Araz-Naxçıvan” 2:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

Azersun Arena. Saat 20:00