"Neftçi"nin legioneri "İmişli" ilə oyundan əvvəl mükafatlandırıldı
Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi "Neftçi"dən Alessio Kurçi seçilib.
"Mediasport" xəbər verir ki, lüksemburqlu hücumçu Premyer Liqanın 25-ci turunun "İmişli" ilə oyunundan əvvəl mükafatlandırılıb.
Forvarda mükafatı PFL-in Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
