Yığmamız Avropa çempionatında yenə böyük hesabla məğlub oldu

 Yığmamız Avropa çempionatında yenə böyük hesabla məğlub oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, 6-cı qrupda yer alan kollektiv Çexiya yığması ilə qarşılaşıb.

Bu dəfə də görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 9:0.

U-19 aprelin 17-də 3-cü tur çərçivəsində Gürcüstan seçməsi ilə üz-üzə gələcək.

Xatırladaq ki, komandamız ilk turda Xorvatiyaya 0:6 hesabı ilə uduzub.