Bu mövsüm dünyada ən çox vəsait qazanacaq futbolçular - SİYAHI
Nüfuzlu "Forbes" jurnalı 2026/2027-ci illər mövsümündə dünyanın ən çox vəsait qazanacaq futbolçularının siyahsını dərc edib.
"Mediasport" xəbər verir ki, portuqaliyalı superulduz Kriştiano Ronaldo mövsüm sonunda sıralamanın lideri olacaq.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusunun ümumi gəliri 300 milyon dollar təşkil edəcək.
İkinci yerdə qərarlaşacaq “İnter" Mayaminin kapitanı Lionel Messinin gəliri təxminən iki dəfə azdır.
Reytinqdə üçüncülüyü "Real" Madridin fransalı ulduzu Kilian Mbappe qapayacaq.
Qeyd edək ki, hesablamalar futbolçuların klublardan əldə etdikləri əməkhaqqı və digər ödənişlər, eləcə də futboldankənar fəaliyyətlərindən qazandıqları vəsaitlər əsasında aparılır.
Dünyanın ən çox qazanan 10 futbolçusu
1.Kriştiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya) – 300 milyon dollar
2.Lionel Messi (“İnter" Mayami, Argentina) – 145 milyon dollar
3.Kilian Mbappe (“Real" Madrid, Fransa) – 100 milyon dollar
4.Erlinq Haaland (“Mançester Siti”, Norveç) – 85 milyon dollar
5.Vinisius Junior (“Real" Madrid, Braziliya) – 76 milyon dollar
6.Lamin Yamal (“Barselona”, İspaniya) – 55 milyon dollar
7.Sadio Mane (“Əl-Nəsr”, Seneqal) – 54 milyon dollar
8.Cud Bellingem (“Real" Madrid, İngiltərə) – 45 milyon dollar
9.Harri Keyn (“Bayern", İngiltərə) – 42 milyon dollar
10.Məhəmməd Salah (“Trabzonspor”, Misir) – 40 milyon dollar

