Azərbaycan millisi Bakıda Moldovaya penaltilərdə uduzdu
Qadın futbolçulardan ibarət U-19 Azərbaycan millisi Moldova ilə yoldaşlıq oyunu keçirib.
"Mediasport" xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Komandamızın qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.
Qalibin müəyyənləşməsi üçün keçirilən penalti seriyasında Moldova yığması 5:4 hesabı ilə üstün olub.
Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da saat 10:00-da “Dalğa Arena”nın ehtiyat meydançasında keçiriləcək.

