"Zirə"nin sabiq baş məşqçisi 1-ci Liqa klubunda işləyəcək - RƏSMİ
1-ci Liqada debütə hazırlaşan "Xankəndi” məşqçilər korpusunu gücləndirib.
"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Seymur Şəbiyevlə anlaşıb.
UEFA “B” kateqoriyalı məşqçi baş məşqçisinin köməkçisi vəzifəsinə təyin olunub.
34 yaşlı mütəxəssis məşqçilik fəaliyyəti dövründə AZAL və “Zirə” klublarının müxtəlif yaş qruplarında baş məşqçi və köməkçi məşqçi kimi çalışıb.
O, komandaları ilə bir sıra uğurlu nəticələr əldə edib.


