Millimiz AÇ-də Serbiyaya uduzdu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi 2026/2027 mövsümündə Avropa çempionatının I seçmə mərhələsinə uğursuz başlayıb.
"Mediasport" xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan komandamız səfərdə Serbiya kollektivi ilə qarşılaşıb.
Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 1-ci meydançasında təşkil olunan görüş görüş balkanlıların qələbəsi ilə yekunlaşıb - 3:0.
Yığmamızın növbəti oyunları noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro futbolçularına qarşı olacaq.

