2-ci Liqada görünməmiş OLAY: Köhnə tarixlə 3729 bilet satıldı - Azarkeş axtarışına başladılar

2-ci Liqada görünməmiş OLAY: Köhnə tarixlə 3729 bilet satıldı - Azarkeş axtarışına başladılar

Mayın 4-də Azərbaycan 2-ci Liqasının 24-cü turu çərçivəsində keçiriləcək çempionluq matçına - “Şəfa” - “Şahdağ Qusar” oyununa bütün biletlər satılıb.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi “ASK Arena”da baş tutacaq qarşılaşma üçün satışa çıxarılan 3729 biletin hamısının alındığını açıqlayıb.

Lakin maraqlıdır ki, 10 manata satışa çıxarılan biletlərin üzərində tarix 2024-cü il göstərilib.

Həmçinin, "Şəfa" qusarlı azarkeşlərin stadiona az gəlməsinin qarşısını almaq üçün biletlərin qiymətini 10 manat edib.

Bundan başqa, paytaxtlılar arenada daha çox dəstək almaq üçün "tələbə-azarkeş" axtarışına çıxıblar. Klub tərəfindən bununla əlaqəli vatsapp qrup yaradılıb.

Xatırladaq ki, Qusar klubu 23 turdan sonra 67 xalla birinci, “Şəfa” 64 xalla ikincidir.

"İdman" TV vasitəsilə canlı yayımlanacaq görüş 16:00-da başlanacaq.