1-ci Liqa klubu "Qarabağ"ın keçmiş futbolçusu ilə vidalaşdı
Azərbaycan 1-ci Liqa klubu “Difai” daha bir futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, bu dəfə Kamil Qardaşlı yola salınıb.
"Qarabağ-2"nin sabiq üzvü ilə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, "Difai" onadək Bayraməli Qurbanov və Roman Hüseynovla sağollaşıb.
