"Səbail" 2025/2026-cı illər mövsümü üçün planını açıqladı

"Səbail" 2025/2026-cı illər mövsümü üçün planını açıqladı

2025/2026-cı illər mövsümündə futbol üzrə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq “Səbail”in hazırlıq proqramı müəyyənləşib.

Bu barədə "Mediasport"a klubdan məlumat verilib.

Bildirilib ki, "dənizçilər" toplanışa iyulun 25-də başlayacaqlar.

Elvin Məmmədovun rəhbərliyi ilə yola davam edəcək komandanın təlim-məşq toplanışı “ASCO Arena”da start götürəcək.

Paytaxt təmsilçisi hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək. Rəqiblər hələlik dəqiqləşməyib.