Həsənov Rusiyada beynəlxalq turnirdə bürünc medal qazandı
Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kuboku turnirində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, idmançı 70 kq çəki dərəcəsində bürünc medal qazanıb.
O, birdən qaldırma hərəkətində 130 kq, təkanla qaldırmada isə 160 kq nəticə gostərib.
İki hərəkətin cəmində 290 kq nəticəyə imza atan ağırlıqqaldıran yekun sıralamada üçüncü olub.

