Azərbaycan klubu bundan sonra Buzovna qəsəbəsini təmsil edəcək

Azərbaycan klubu bundan sonra Buzovna qəsəbəsini təmsil edəcək

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Baku Sportinq" AFFA və PFL-ə müraciət edib.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Buzovna qəsəbəsini təmsil etmək istəyir.

Müraciətdə qeyd olunub:

"Ötən mövsümdən 1-ci Liqada mübarizə aparan “Baku Sportinq” bu mövsümdən etibarən ev matçlarını Buzovnadakı “Baku Sportinq Arena”da keçirəcək.

Bununla paralel, 2025/26-cı il mövsümündən etibarən klubumuz Buzovna qəsəbəsini təmsil edəcək.

AFFA və PFL-dən xahiş edirik, bundan sonra “Baku Sportinq”lə bağlı bütün rəsmi məlumatlarda Buzovna təmsilçisi olmağımız qeyd olunsun".

Qeyd edək ki, "Baku Sportinq" son mövsüm 10 komandalı liqada yerini qoruyaraq 28 xalla 8-ci olub.