Bu gün "Şəfa" çempion ola, "Səbail" pley-offa vəsiqə qazana bilər
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 26-cı tura bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutacaq.
Lider "Şəfa" "Cəbrayıl" ilə matçda qələbə qazansa, çempionluğu təmin etməklə yanaşı, Premyer Liqaya çıxışını rəsmiləşdirəcək.
2-ci pillədə qərarlaşan "Səbail" isə "Şahdağ Qusar"ı məğlub edərsə, Premyer Liqa üçün pley-offa vəsiqə qazanacaq.
"Mingəçevir" MOİK-i, "Baku Sportinq" "Zaqatala"nı qəbul edəcək.
Azərbaycan 1-ci Liqası. 26-cı tur
15 may (cümə)
"Mingəçevir" - MOİK
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Rəşad Qliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).
"Səbail" - "Şahdağ Qusar"
Hakimlər: Əliyar Ağayev, Sənan Atayev, Rəhman Aslanov, Murad Səlimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bayıl Arena".
"Baku Sportinq" - "Zaqatala"
Hakimlər: Maqsud Şamıyev, Zöhrab Abbasov, Kərim Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Buzovna qəsəbə stadionu.
"Şəfa" - "Cəbrayıl"
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu.
