"Qəbələ" futbolçusunu yenə 1-ci Liqa klubuna icarəyə göndərdi

"Qəbələ" futbolçusunu yenə 1-ci Liqa klubuna icarəyə göndərdi

1-ci Liqanın hazırlıqlarını davam etdirən “Baku Sporting” heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Buzovna təmsilçisi "Qəbələ"dən Xəyyam Məmmədlini icarəyə götürüb.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

20 yaşlı yarımmüdafiəçi son mövsümü yarışın digər klubu “Difai”də icarədə keçirib.