UÇL-də 12 dəqiqəyə mövsümün ilk het-trik müəllifi kim oldu?
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2026/2027-ci illər mövsümünün ilk het-trik qeydə alınıb.
"Mediasport" xəbər verir ki, 3 qolu aktivinə "Ştuttqart"ın futbolçusu Ermedin Demiroviç yazdırıb.
Bosniyalı bu uğura Almaniyada "Vikinq"lə (Norveç) baş tutan görüşdə 12 dəqiqəyə imza atıb.
Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

