Federiko Valverde het-triklə Uruqvay futbolunun tarixinə düşdü

 Federiko Valverde het-triklə Uruqvay futbolunun tarixinə düşdü

Madrid "Real"ının kapitanı Federiko Valverde UEFA Çempionlar Liqasında unikal göstəriciyiə imza atıb.

"Mediasport" xəbər verir ki, ispaniya nəhənginin uruqvaylı yarımmüdafiəçisi 1/8 finalın "Mançester Siti" ilə ilk oyununda (3:0) het-trik etməklə tarixə düşüb.

Peşəkar karyerasında ilk dəfə het-trik edən 29 yaşlı cənubi amerikalı qitənin ən nüfuzlu klub yarışında bir matçda 3 qol vuran ikinci uruqvaylı olub.

Onadək sabiq "Deportivo"lu (İspaniya) Valter Pandiani 2000/2001-ci illər mövsümündə belə nailiyyət əldə etmişdi.