Çempionlar Liqasında final: "Arsenal" PSJ ilə qarşılaşır

Çempionlar Liqasında final: "Arsenal" PSJ ilə qarşılaşır

Bu gün UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşəcək.

"Mediasport" xəbər verir ki, Fransa çempionu PSJ ilə İngiltərə çempionu "Arsenal" Budapeştdə üz-üzə gələcəklər.

Qarşılaşma 20:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Luis Enrikenin komandası ardıcıl ikinci, "topçular" isə tarixlərində ilk dəfə qitənin birinci dərəcəli klub turnirinin qalibi olmağa çalışacaq.


UEFA Çempionlar Liqası. Final


20:00 PSJ - "Arsenal"

Hakimlər: Daniel Zibert, Yan Zayder, Rafael Foltik, Sandro Şarer

VAR: Bastian Dankert

"Puşkaş Arena", Macarıstan