2-ci Liqada 25-ci turun proqramı və hakim təyinatları açıqlandı

2-ci Liqada 25-ci turun proqramı və hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 25-ci turun proqramı və hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə keçiriləcək.

Oyunların 5-i Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.

Matçların hamısı 17:00-da başlanacaq.

Qeyd edək ki, qarşıdakı turların nəticələrindən asılı olmayaraq, "Şahdağ Qusar", "Şəfa" və "Şimal" 1-ci Liqaya vəsiqəni vaxtından əvvəl təmin ediblər.

Liqada əsas mübarizə 4-5-ci yerlər, həmçinin 10-cu pillədən aşağıda dayanan kollektivlər arasında davam edir.


Azərbaycan 2-ci Liqası. 25-ci tur


13 may (çərşənbə axşamı)

“Füzuli” – “Şəfa”

Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Səbuhi Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“ASK Arena”, (canlı // pfl.az)


“Şahdağ Qusar” – “Qusar”

Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ceyhun Hüseynov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Neftçi Futbol Mərkəzi, (IV meydança), (canlı // pfl.az)


“Ağdaş” – “Dinamo”

Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Kamil Aydınov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Ağdaş şəhər stadionu, (canlı // pfl.az) 


“Göygöl” – “Kür-Araz”

Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Məmmədəli Kərimov, Niyaz Əhmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Namiq Əliyev

Göygöl OİK stadionu


“Hypers Guba” – “Şimal”

Hakimlər: Murad Səlimov, Sənan Atayev, Ruslan Məmmədov, Alik Yunusov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Mahal Məmmədov

Quba OİK stadionu, (canlı // pfl.az)


“Sheki City” – “Araz Saatlı” 

Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Hacıağa Həsənov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Şəki şəhər stadionu


“Lerik” – “Şəmkir”

Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Hüseyn Əsgərov, Ziya Nəsirov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Lənkəran OİK stadionu, (canlı // pfl.az)