Peşəkar Futbol Liqası Quba stadionu ilə bağlı açıqlama yaydı

 Peşəkar Futbol Liqası Quba stadionu ilə bağlı açıqlama yaydı

Sabah futbol üzrə 2-ci liqanın 16-cı turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Quba” - “Kür-Araz” oyununun yeri dəyişdirilib.

"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Quba şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Quba Olimpiya İdman Kompleksinin stadionunun oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından, hər iki klubun qarşılıqlı razılığı əsasında oyunun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçiriləcək.

Oyunun başlama saatı ilə bağlı dəyişiklik yoxdur.