Bölgə komandası Azərbaycan çempionatından imtina etdi
Azərbaycan II Liqasında mübarizə aparan "Şəki" klubu çempionatın XIII turunda qarşılaşmalı olduğu "Qaradağ Lökbatan"la oyuna çıxmayacaq.
"Mediasport" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.
Matç bu gün saat 14:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilməli idi.
Qeyd edək ki, II Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşmış "Şəki"də bir müddətdir maliyyə problemləri mövcuddur.
