22 yaşlı Zeynəb Türkiyə klubunun baş məşqçisi oldu - FOTOLAR

22 yaşlı Zeynəb Türkiyə klubunun baş məşqçisi oldu - FOTOLAR

Türkiyənin Super Həvəskarlar Liqasında yarışan “Turqutluspor” futbol klubu qeyri-adi qərarı ilə gündəm olub.

"Mediasport" xəbər verir ki, 22 yaşlı Zeynəb Məstan komandaya baş məşqçi təyin edilib.

O, eyni zamanda klubda yeni başladılan quruculuq və texniki strukturlaşma prosesinə rəhbərlik edəcək.

Qeyd edək ki, 2004-cü ildə İzmir şəhərində anadan olan Zeynəb futbolçu karyerasına “Karşıyaka Bədən Tərbiyəsi və İdman Təhsil Mərkəzi”də başlayıb.

Daha sonra müxtəlif həvəskar komandalarda oynayıb.