AFFA Region Liqasına qatılmaq istəyən komandaların NƏZƏRİNƏ

AFFA Region Liqasına qatılmaq istəyən komandaların NƏZƏRİNƏ

AFFA Region Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etmək istəyən komandalara xəbərdarlıq edib.

"Mediasport" xəbər verir ki, yarışda qeydiyyat mərhələsi avqustun 17-də start götürəcək.

İştirakçı kollektivlər sentyabrın 17-si, saat 12:00-dək liqalar@affa.az elektron ünvanına müraciət edə bilərlər.

Xatırladaq ki, birinciliyin son qalibi "Zəngəzur" komandası olub.