Yalnız Azərbaycan futbolunda: Klub fan-klubla yollarını ayırdı

Azərbaycan futbolunda daha bir qəribə olay yaşanıb.
"Mediasport" xəbər verir ki, 2-ci Liqada yarışan "Quba" klubu komandanı dəstəkləyən "Qafqaz ultras" fan-klubu ilə yollarını ayırıb.
Buna komandanın yerli mütəxəssislərdən Rəsul Babazadə ilə vidalaşması səbəb olub.
Azarkeş dəstəsi klub rəhbərliyinə etiraz edərək məşqçinin geri qaytarılmasını tələb etsə də, istəkləri reallaşmayıb.
Şimal təmsilçisi sosial şəbəkə hesabında bəyanat yayaraq "Qafqaz ultras"la münasibətləri pozduqlarını açıqlayıb.
“Quba” yaydığı açıqlamada, həmçinin, fanatları klubu şantaj etməkdə ittiham edib.