Azərbaycanın tanınmış futbol məşqçisi dələduzluğa məruz qaldı

Azərbaycanın istedadlı məşqçilərindən Azər Bağırov dələduzluğun qurbanı olub.
"Mediasport" xəbər verir ki, fırıldaqçılar "Pro" kateqoriyalı mütəxəssisin adından istifadə edərək yaxın şəxslərdən pul istəyiblər.
Bağırov bu barədə vatsap statusunda paylaşım edib: "Mənim adımdan kömək istənilsə, bilin ki, bu, yalandır. Bir yaxın adamı artıq aldadıblar".
Məlumata görə, məşqçinin dostlarından birinə sms yazaraq pul istəyiblər, o da verib.
Eyni hal ikinci dəfə təkrarlandıqda, artıq pulu verən şəxs Bağırovla əlaqə saxlayaraq problemin, maddi çətinliyin nədən ibarət olması ilə maraqlanıb. Beləcə, xuliqanlığın üstü açılıb.
Azər Bağırovun adından pul istəyən şəxslə sonradan əlaqə yaratmaq mümkün olmayıb.