Arif Əsədov "Legends Cup"da

Veteran futbolçu Arif Əsədov Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Legends Cup” beynəlxalq turnirinə dəvət alıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının keçmiş oyunçusu “Legends of Asia” komandasının heyətində forma geyinəcək.
Əsədov Almat Bekbayev, Qafurcan Suyumbayev, Xurşed Mahmudov, Server Ceparov, Odil Axmedov, Zaza Canaşiya, Albert Sarkisyan, Pavel Solomin və Almir Muxutdinov kimi veteranlarla bir heyətdə yer alacaq.
Turnir sentyabrın 20-21-də təşkil ediləcək. Konstanin Yeryomenkonun xatirəsinə həsr olunmuş ənənəvi yarış bu il 17-ci dəfə baş tutacaq.