25 yaşlı futbolçu qəfil vəfat etdi

Ukraynanın "Zorya" klubunun futbolçusu Vladimir Belotserkovets vəfat edib.
"Mediasport" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin ölüm səbəbi açıqlanmayıb.
Luqansk təmsilçisi bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
"Zorya"nın heyətinə 2025-ci ildə "İnqulets"dən qoşulmuş Belotserkovets burada 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.