AFFA Azərbaycan klubunun həkiminə 5 oyunluq cəza verdi

Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun həkimi Xəyal Alızadə 5 oyunluq cəzalandırılıb.
Mediasport.com.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna I Liqanın XIII turunda “Mingəçevir”lə matçın 75-ci dəqiqəsində onun həkimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.
Bakı klubu həkiminin hərəkətinə görə 400 manat cərimələnib.
AFFA oyunun 76-cı dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimovu da 4 oyunluq cəzalandırıb.
Bununla yanaşı, klub 300 manat cərimələnib.