İranda daha bir futbolçu və ailə üzvləri iğtişaşlarda qətlə yetirildi
Bir neçə həftədir İranda davam edən kütləvi iğtişaşlar zamanı öldürülən futbolçuların sayı çoxalır.
"Mediasport" xəbər verir ki, son olaraq "Sepahan"ın üzvü Əmirhəsən Qədirzadənin taleyi naməlumdur.
Qohumları və komanda yoldaşları bir neçə gündür 19 yaşlı futbolçu ilə əlaqə saxlaya bilmirlər.
Məlumata görə, gənc futbolçu və ailə üzvləri edam ediliblər.
Xatırladaq ki, vətəndaş etirazlarının davam etdiyi ölkədə indiyədək keçmiş peşəkar oyunçulardan Müctəba Tərşiz, Mehdi Lavasani, Əmirhüseyn Məhəmmədzadə, Ribin Moradi, həmçinin qadın futbol hakimi Səba Rəştia və İranın çimərlik futbolu millisinin qapıçısı Məhəmməd Hacıpurun öldürüldüyü bildirilir.
