Misli görünməmiş dava-dalaş: 23 qırmızı vərəqə göstərildi - VİDEO
Dünya futbolu tarixində misli görünməmiş dava-dalaş yaşanıb.
"Mediasport" xəbər verir ki, hadisə Braziliyada - Mineyru Kubokunun final matçında qeydə alınıb.
"Kruzeyru" ilə "Atletiko"nun görüşü son saniyələrdə döyüş meydanına çevrilib.
"Kruzeyro"nun hücumçusu Kristianın rəqib qapıçı Eversonla toqquşmasından sonra ona zərbə vurması ilə ara qarışıb.
Təhlükəsizlik əməkdaşları tərəflər arasında kütləvi davanı güclə sakitləşdiriblər.
Yekunda "Kruzeyru"nun 12, "Atletiko"nun 11 futbolçusuna qırmızı vərəqə göstərilib.
Matç birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
