Qidadan zəhərlənən 21 yaşlı futbolçu dünyasını dəyişdi

  Qidadan zəhərlənən 21 yaşlı futbolçu dünyasını dəyişdi

21 yaşlı nigeriyalı futbolçu Viktor Udo vəfat edib.

"Mediasport" xəbər verir ki, gənc futbolçunun qəbul etdiyi qidadan zəhərlənərək dünyasını dəyişdiyi bildirilib.

Udo karyerası ərzində "Antverpen"in aşağı yaş kateqoriyalarında və əsas komandasında, həmçinin "Sauthempton"da forma geyinib.

Afrikalının son klubu Çexiyanın "Dinamo" (Budeyoviçe) komandası olub.