29 klub Liqa mərhələsinə birbaşa yüksəldi - UEFA Çempionlar Liqası
UEFA Çempionlar Liqasında növbəti mövsümə Liqa mərhələsindən başlayacaq 29 komandanın adı dəqiqləşib.
29 klub 2026/2027-cı illər sezonunda mübarizəyə birbaşa əsas raunddan qoşulacaq.
İspaniya millisinin sabiq futbolçusu, dünya və Avropa çempionu Sesk Fabreqas baş məşqçisi olduğu İtaliyanın "Komo" kollektivini 119 illik tarixində ilk dəfə qitənin bir nörməli klub yarışına çıxarıb.
Son 7 vəsiqənin sahibi avqustun sonunda məlum olacaq.
Bu komandalardan biri Azərbaycan çempionu "Sabah" ola bilər. Təmsilçimiz yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq.
UEFA Çempionlar Liqası. Liqa mərhələsinə vəsiqə qazananlar
İngiltərə: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul";
İspaniya: "Barselona", "Real" Madrid, "Vilyarreal", "Atletiko" Madrid, "Betis";
Almaniya: "Bayern", "Borussiya" D., "Leypsiq", "Ştuttqart";
Fransa: PSJ, "Lans", "Lill";
İtaliya: "İnter", "Napoli", "Roma", "Komo";
Portuqaliya: "Sportinq", "Portu";
Niderland: PSV, "Feyenoord";
Türkiyə: "Qalatasaray";
Ukrayna: "Şaxtyor";
Çexiya: "Slaviya";
Belçika: "Brügge".
MEDİASPORT.COM.AZ


