"Qalatasaray"dan ikinci qələbə, PSJ səfərdə ispanlara futbol dərsi keçdi

"Qalatasaray"dan ikinci qələbə, PSJ səfərdə ispanlara futbol dərsi keçdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk gündə 9 oyun baş tutub.

Təmsilçimiz "Sabah"ın rəqiblərindən "Barselona" İspaniyada "Aston Villa" ilə, "Vilyarreal" PSJ ilə qarşılaşıb.

Türkiyə nəhəngi "Qalatasaray" İstanbulda "Ştuttqart"la üz-üzə gəlib. Okan Burukun komandası əsas raundda ikinci qələbəsini qazanıb.

Raundun digər görüşləri bu gün keçiriləcək.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 4-cü tur


"Şaxtyor" (Ukrayna) - "Sportinq" (Portuqaliya) 0:1

"Qalatasaray" (Türkiyə) - "Ştuttqart" (Almaniya) 2:0

"Barselona" (İspaniya) - "Aston Villa" (İngiltərə) 3:0

"Atletiko" Madrid (İspaniya) - "Bayern" (Almaniya) 0:2

"Mançester Yunayted"(İngiltərə) - "Roma" (İtaliya) 3:2

"Feyenoord" (Niderland) - "İnter" (İtaliya) 0:3

"Budö-Qlimt" (Norveç) - "Lill" (Fransa) 0:0

"Vilyarreal" (İspaniya) - PSJ (Fransa) 0:6

LASK (Avstriya) - "Slovan" (Slovakiya) 4:0