Azərbaycan idmançıları dünya çempionatında 3 medal qazandı
Yunanıstanın Olimpiya şəhərində keçirilən muaytay üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançıları üç medal qazanıblar.
Gənclər və İdman Nazirliyindən "Mediasport"a verilən məlumata görə, yarışda Əli Cəfərli (U-16, 71 kiloqram) qızıl medala layiq görülüb.
Əfəndi Əfəndiyev (U-18, 51 kiloqram) və Sedat Əliyev (U-18, 57 kiloqram) isə dünya çempionatının gümüş medallarını qazanıblar.

