Çempionlar Liqasında pley-off bu axşam 4 matçla yekunlaşacaq

Çempionlar Liqasında pley-off bu axşam 4 matçla yekunlaşacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-oiff mərhələsinə yekun vurulacaq.

"Mediasport" xəbər verir ki, ikinci gündə 4 cavab oyunu keçiriləcək.

Bununla da Liqa mərhələsində oynayacaq bütün komandalar müəyyənləşəcək.

Türkiyənin yarışda təmsilçilərindən "Fənərbaxça" Fransa səfərində meydana çıxacaq.

Xatırladaq ki, Azərbaycan çempionu "Sabah" dünən Bakıda baş tutan cavab görüşündə "Hapoel" Bere-Şeva üzərində 5:2 hesabı ilə inamlı qələbə qazanaraq tarixində ilk dəfə qatıldığı yarışın Liqa mərhələsinə vəsiqə əldə edib.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları


23:00. "Olimpik" Lion (Fransa) – "Fənərbaxça" (Türkiyə) (ilk oyun - 1:1)

23:00. "Vikinq" (Norveç) – "Dinamo" Zaqreb (Xorvatiya) (ilk oyun - 2:2)

23:00. AEK Afina (Yunanıstan) – "Levski" (Bolqarıstan) (ilk oyun - 0:0)

23:00. "Çelye" (Sloveniya) – "Slovan" (Slovakiya) (ilk oyun - 1:1)