ÇL: "Qarabağ" - "Şelbörn" oyununa satılmış biletlərin sayı açıqlandı

İyulun 30-da UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelbörn" (İrlandiya) oyununa bilet satışı davam edir.
"Mediasport" xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılmış biletlərdən 11000-i artıq sahibinə qovuşub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
İTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Qapılar azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq.
Ağdam təmsilçisi ilk dueldə rəqibini 3 cavabsız qolla məğlub edib.