Bölgə klubu baş məşqçisi ilə bağlı qərarını açıqladı

  Bölgə klubu baş məşqçisi ilə bağlı qərarını açıqladı

2-ci Liqada mübarizə aparan "Şirvan" baş məşqçi Pərviz Bayramovla bağlı qərarını açıqlayıb.

"Mediasport" xəbər verir ki, bölgə klubu çalışdırıcı ilə yola davam edəcək.

Mütəxəssislə 1 illik yeni müqavilə imzalanıb.

Xatırladaq ki, şirvanlılar 2025/2026-cı illər mövsümünü 40 xalla 4-cü pillədə başa vurublar.