Qvineya millisində oynamış futbolçu Azərbaycana gəldi
“Araz-Naxçıvan” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir.
"Mediasport" xəbər verir ki, komanda qvineyalı Mara Mohammedlə anlaşıb.
Afrikalı hücumçu ilə müqavilənin müddəti 1 illikdir.
O, müxtəlif illərdə Fransanın “Loryan”, “Paris”, “Evian”, “Martiki”, “Brioşan”, “Yere 83”, eləcə də Taylandın “Ratçaburi”, “Kançanaburi” klublarında çıxış edib.
30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını geyinib. Futbolçunun həm da Fransa vətəndaşlığı var.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.



