"Birinci hissədə futbolçular daha çox əziyyət çəkdilər" - HÜSEYNOV

 "Birinci hissədə futbolçular daha çox əziyyət çəkdilər" - HÜSEYNOV

"Hər hissədə fərqli heyətlə oynadıq. Hazırlığa gec başladığımıza görə hələ fiziki yükləmələr fonunda oyunlar keçiririk".

"Mediasport" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov deyib.

Mütəxəssis "İmişli" ilə yoxlama oyunundan sonra fikirlərini bölüşüb:

"Həm də hava çox isti olduğuna görə xüsusilə birinci hissədə meydana çıxan futbolçular daha çox əziyyət çəkdilər.

Taktiki planda üzərində işləməli olduğumuz məqamlar çoxdu. Bu qarşılaşmalar da əsasən ona hesablanıb.

Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq".

Xatırladaq ki, naxçıvanlılar aran klubu ilə heç-heçə edib - 2:2.