Azərbaycanın daha bir boksçusu Poreçdə Avropa çempionu oldu!

Azərbaycanın daha bir boksçusu Poreçdə Avropa çempionu oldu!

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"Mediasport" xəbər verir ki, bu dəfə Nicat Alırzayev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Zviad Tçotçua (Gürcüstan) ilə döyüşüb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçu Avropa çempionu olub.

Beləliklə, Azərbaycan millisi 39 ölkədən 276 idmançının qatıldığı qitə çempionatını 4 medalla başa vurub.

Bilalhəbaşi Nəzərovla (50 kq) Nicat Alırzayev (70 kq) qızıl, Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) bürünc mükafat qazanıblar.