AAF idman məktəblərini və klublarını avadanlıqla təmin edir
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) məktəb və klubların avadanlıqla təminatını davam etdirir.
"Mediasport" xəbər verir ki, quruma müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin edilib.
Növbəti avadanlıqlar "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və "Təhsil" Respublika İdman Mərkəzinin Bakıda yerləşən 5 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə təhvil verilib.




